...

Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin XXII konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2012 10:24 (UTC +04:00)
Aprelin 25-də Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin XXII hesabat-seçki Konfransı keçiriləcək.
Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin XXII konfransı keçiriləcək

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Aprelin 25-də Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin XXII hesabat-seçki Konfransı keçiriləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, konfrans iştirakçıları səhər tezdən Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

59 nümayəndənin qatılacağı Konfransın gündəliyində aşağıdakı məsələlər müzakirəyə çıxarılacaq: Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin 2005-ci ilin oktyabr ayından 2012-ci ilin aprel ayına qədər olan dövr üçün hesabatı (məruzəçi MHİRK-nın sədri Fəzail Bağırov); Azərbaycan Dəmiryolçularının MHİRK-nın Təftiş-Nəzarət komissiyyasının hesabatı; Azərbaycan Dəmiryolçularının MHİRK-nə yerlərdən birbaşa seçilmiş Komitə üzvlərinin təsdiqi haqqında; Azərbaycan Dəmiryolçularının MHİRK-in rəhbər orqanlarının seçilməsi haqqında; MHİRK sədrinin və müavininin seçilməsi haqqında.

XXII Konfransın işində Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Gennadi Kosolapov, Rusiya Dəmiryolçularının və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Sergey Çernov, Gürcüstan Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin sədri Hamlet Lomidze, Türkiyə Həmkarlar İttifaqları Komitəsinin maliyyə katibi, Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin sədri Ergün Atalay, Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin baş katibi Hüseyin Kaya, Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin mövzuat katibi İsmail Bayqın iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti