...

"AtaBank" jurnalistlər arasında müsabiqə elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2012 17:12 (UTC +04:00)
"AtaBank" ASC "Nağsdız ödə, nağd qazan" kampaniyası çərçivəsində jurnalistlər üçün "Nağdsız hesablaşmaların geniş tətbiqi bu günün tələbidir" mövzusunda yazı müsabiqəsi elan edir.
"AtaBank" jurnalistlər arasında müsabiqə elan edir

Azərbaycan, Bakı, 30 aprel /Trend/

"AtaBank" ASC "Nağsdız ödə, nağd qazan" kampaniyası çərçivəsində jurnalistlər üçün "Nağdsız hesablaşmaların geniş tətbiqi bu günün tələbidir" mövzusunda yazı müsabiqəsi elan edir.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, yazı müsabiqəsi nağdsız ödənişlərin stimullaşdırılması və Pos-terminallardan istifadə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə keçirilir.

"AtaBank"ın təşkil etdiyi müsabiqədə ən azı bir il müddətində qəzet, jurnal, portal, informasiya agentlikləri və internet TV-də çalışan jurnalistlər iştirak edə bilərlər. Dərc olunacaq məqalədə və veriləcək süjetdə "AtaBank" tərəfindən elan edilmiş "Nağdsız hesablaşmaların geniş tətbiqi bu günün tələbidir" müsabiqəsi üçün verilir" qeydi olmalıdır.

Müsabiqəyə təqdim olunmuş yazıların qalibləri üçün I-III və 3 həvəsləndirici yer təyin olunub. I yerin qalibinə 800 manat, II yerin qalibinə 400 manat, III yerin qalibinə 250 manat, həvəsləndirici yerlərin 3 nəfər qalibinin hər birinə isə 100 manat pul mükafatı veriləcək.

Yazıların qəbulu mayın 1-dən iyulun 1-dək qəbul olunacaq. Müsabiqənin nəticələri 15 iyul 2012-ci il tarixində elan olunacaq. Dərc olunacaq yazının həcmi 6 min işarədən, internet TV-də veriləcək süjetin müddəti isə 10 dəqiqədən az olmamalıdır.

Yazı müsabiqəsində iştirak etmək istəyən jurnalistlər məqalələrini çalışdığı mətbuat orqanında dərc etdirməli və ya internet TV-də işıqlandırmalıdırlar. Müsabiqə yazıları və internet TV süjetləri mayın 1-dən iyulun 1-dək Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 55 ünvanında "AtaHoldinq" ASC-nin İctimayətlə əlaqələr şöbəsinin rəisi Dilarə Zamanovaya şəxsən təqdim olunmalıdır.

Xəbər lenti

Xəbər lenti