...

Cari layihələrin tamamlanmasından sonra İranın ixtiyarında 20 000 kilometr uzunluğunda dəmiryol olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2012 15:39 (UTC +04:00)
Cari dəmiryol layihələrinin tamamlanmasından sonra İranın ixtiyarında 20 000 kilometr uzunluğunda dəmiryol olacaq.
Cari layihələrin tamamlanmasından sonra İranın ixtiyarında 20 000 kilometr uzunluğunda dəmiryol olacaq

Azərbaycan, Bakı, 1 may /Trend, müxbirlər E.Tarıverdiyeva, M.Moezi/

Cari dəmiryol layihələrinin tamamlanmasından sonra İranın ixtiyarında 20 000 kilometr uzunluğunda dəmiryol olacaq. Bu barədə Trend çərşənbə axşamı "Islamic Republic News Agency"yə istinadən məlumat verir.

Yollar və şəhərsalma inkişafı nazirinin müavini Əhməd Sadeqi deyib ki, İran, həmçinin əyalətlərdə 3000 kilometr uzunluğunda ikitərəfli avtomobil yolu və 5000 kilometrlik avtomobil yolunun tikintisi üzrə işlər aparır.

Ötən il İranda dəmiryol infrastrukturu və yol layihələrinin reallaşdırılmasına təqribən 1,9 milyard dollar investisiya qoyulub. Nəticədə 2700 kilometr uzunluğunda avtomobil və dəmir yolu tikilib.

Sadeqi vurğulayıb ki, Yollar və Şəhərsalma İnkişafı Nazirliyi, həmçinin 14 min kilometr yola asfalt örtüyü çəkməyi və regionda digər layihələri başa çatdırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti