...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının saxlanması üçün məntəqələr dövlət tərəfindən yaradıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2012 13:27 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı məhsullarının saxlanması üçün məntəqələr dövlət tərəfindən yaradıla bilər.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının saxlanması üçün məntəqələr dövlət tərəfindən yaradıla bilər

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir A.Axundov/

Azərbaycanda kənd təsərrüfatı məhsullarının saxlanması üçün məntəqələr dövlət tərəfindən yaradıla bilər. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

"Saxlanma məntəqələrinin fərdi mülkiyyət formasında yaradılması pis olmazdı. Lakin sahibkarlar buna maraq göstərməzsə, həmin məntəqələr dövlət tərəfindən yaradılacaq", - Abasov deyib.

Onun sözlərinə görə, belə məntəqələrin tikilməsi kənd təsərrüfatı məhsullarının istehsalının və ixrac həcmlərinin artırılması üçün vacibdir.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 3 il ərzində 34 müasir soyuducu anbar kompleksinin, taxılın saxlanması üçün 19 anbarın yaradılması maliyyələşdirilib.

2015-2016-cı illərdə Azərbaycanda ixrac yönümlü kənd təsərrüfatı məhsullarının həcmlərinin xeyli artacağı gözlənilir. Müvafiq olaraq, ölkə hökuməti aqrar sektorun gələcəkdə inkişafı məqsədilə kənd təsərrüfatı məhsullarını ixrac etməkdən ötrü müvafiq infrastrukturların yaradılmasına, satış bazarlarının axtarışına istiqamətlənib.

Xəbər lenti

Xəbər lenti