...

Qazaxda "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2012 17:40 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə şənbə günü Qazax rayonunda Beynəlxalq Əmək Təşkilatının "Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir" proqramı çərçivəsində gənclər üçün "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib.
Qazaxda "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib

Azərbaycan, Bakı, 5 may /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə şənbə günü Qazax rayonunda Beynəlxalq Əmək Təşkilatının "Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir" proqramı çərçivəsində gənclər üçün "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, treninqdə iştirakçılara biznes ideyanın formalaşması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin, www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti