Azərbaycan, Bakı, 18 may / Trend, müxbir A.Tağıyeva /
Türkiyə Prezidenti Abdulla Gül əcnəbilərin Türkiyədə daşınmaz əmlak almalarına imkan verən qanunu imzalayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti Prezident Aparatının mətbuat xidmətinə istinadən xəbər verib.
Ayın əvvəlində Türkiyə Parlamenti əcnəbi vətəndaşların Türkiyədə topraq ala bilmələrinə imkan verən qanun layihəsini qəbul edib. Qanun ölkənin hər bir vilayətində hər alıcıya 30 hektar deyil, ümumi topraq sahəsinin azı 10 faizinin əcnəbilərə satıla biləcəyini nəzərdə tutur.
Bir müddət əvvəl Türkiyənin iqtisadiyyat nazirinin müşaviri Alparslan Uymaz Trend-ə məlumat verib ki, qanun layihəsi hərbi obyektlərə məxsus və ya belə obyektlərin yaxınlığında yerləşən sahənin alqı-satqısını qadağan edir.