...

2011-ci ildə Azərbaycan dövlət büdcəsinin sosial yönümlü xərcləri 17 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2012 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Axundov/

2011-ci ildə Azərbaycan dövlət büdcəsinin sosial yönümlü xərcləri 17,2 faiz artaraq 4340,3 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında bildirib.

"Sosial yönümlü xərclər dövlət büdcəsinin bütün xərclərinin 28,2 faizini təşkil edib", - Bayramov deyib.

Onun sözlərinə görə, 2011-ci ildə əməkhaqqının ödənişinə 2554 milyon manat (2010-cu illə müqayisədə 11,8 faiz artım), təqaüd və sosial müavinətlərə 1421,8 milyon manat (30,7 faiz artım), dərman və sarğı materiallarının alınmasına 132,2 milyon manat (15,5 faiz artım), ərzaq məhsullarının alınmasına 232,2 milyon manat (7,2 faiz artım) xərclənib.

"2011-ci ildə sosial rifahın yaxşılaşdırılması və sosial müdafiənin gücləndirilməsi sahəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması təmin edilib" , - Bayramov qeyd edib.

Xəbər lenti

Xəbər lenti