Azərbaycan, Bakı, 21 may /Trend/
"Milla" süd məhsullarının istehsalı ilə məşğul olan "AZFP Co. Ltd" MMC-nin baş direktoru Filip Rayt ölkənin bəzi qəzetlərində çıxmış son məqalələrlə bağlı açıqlama verib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin yaydığı məlumatda deyilir.
"Aydındır ki, "Milla" məhsulları barədə mənfi iddialar irəli sürənlər qida və süd məhsulları və ya onun istehsalı sahəsində heç bir biliyə malik deyillər, - Rayt deyib. - "Milla" tam ştatlı heyətlə və məsləhətləşmə əsasında, məhsulların regionda ən yaxşı məhsul olması üçün süd məhsulları ekspertləri ilə birgə fəaliyyət göstərir. Biz Azərbaycan ailələri üçün ən sağlam və ən dadlı məhsulların zəmanətli istehsalını həyata keçirmək məqsədilə xammalı yalnız Avropanın təsdiq edilmiş standartlarına cavab verən nüfuzlu təchizatçılardan, həmçinin, Avstraliya və Yeni Zelandiyadan əldə edirik".
Müsahibələr zamanı texniki heyət təsdiq edib ki, "Milla" südə və ya qatığa heç bir konservant əlavə etmir, "yalnız qabların üzərindəki çap edilmiş komponentlərin siyahısında göstərilən maddələr bizim böyük məhsul nomenklaturamıza daxildir". Rayt əlavə olaraq bildirib ki, başqa cür hərəkət etmək mənəvi və peşəkarlıq cəhətdən düzgün olmazdı.
Süd məhsulları sahəsində 25 ildən artıq təcrübəyə malik, İngiltərədən olan texniki menecer T.Konnor izah edir ki, pasterizə edilmiş südə konservantlar əlavə etməyə ehtiyac yoxdur, çünki termik işlənmə, oksigen və işıqla əlaqə nəticəsində korlanmanın qarşısını alan "Tetra Pak" qablaşdırmalarının istifadəsi ilə birlikdə qida zəhərlənməsinə səbəb olan bakteriyaları (mədə pozuntusuna səbəb olan bakteriyalar) və qidanın korlanmasına səbəb olan bakteriyaları (qidanın məhvinə səbəb olan bakteriyalar) məhv edir.
O, qatıqla bağlı olaraq qeyd edib ki, qatığın tərkib hissəsi kimi təbii şəkildə yaranan turşuluq xoşagəlməz bakteriyaların artmasının və məhsulun korlanmasının qarşısını alır.
Bundan əlavə, Konnor bildirib ki, onların müəssisəsi Britaniyanın YQTİ sistemi ilə fəaliyyət göstərir. Bu, prosesin hər mərhələsində keyfiyyətli, sağlam və təhlükəsiz məhsul əldə etməyi təmin edir.
"Milla"nın mütəxəssislər komandası "Milla"nın pasterizə edilmiş südlərində vitaminlərin çatışmaması barədə iddialara təəccüblə yanaşıblar. Qeyd edilib ki, B1, B2, B3, B12 vitaminləri, C vitamini, D vitamini və ya folik turşusunun səviyyələri arasında nəzərəçarpacaq fərq yoxdur. Südün evdə qısa müddətdə qaynadılmasından və ya onun uzun müddət ərzində aşağı temperaturda qızdırılması ilə həyata keçirilən bəzi pasterizasiya üsullarından fərqli olaraq, "Milla"nın istifadə etdiyi, südün 4 saniyə ərzində yüksək temperatura qədər qızdırıldığı texnologiya nəticəsində vitamin itkisinə daha az yol verilir.
Kənar məsləhətçilərə istinadən bildirilib ki, "Milla" və digər südlər arasında fərqlərlə bağlı yanlış iddialar irəli sürən şəxslər bu sahənin ekspertləri hesab edilməməli, buna bənzər iddialar irəli sürən şirkətlər isə etibarlı hesab edilməməlidir. Bu, Azərbaycan ictimaiyyətinə düzgün və obyektiv faktlar təqdim etmək deyil, ehtiyacları artırmaq cəhdi kimi qiymətləndirilir.
"Milla" yüksək keyfiyyət dəyərlərinə malik şirkətdir və Azərbaycan ailələrinə sağlam məhsullar təklif edir.
"Milla" həzm sistemini qaydada saxlayan daha sağlam yoğurt mayası istifadə etməklə Azərbaycanın ilk bio-qatığını və laktoza dözümsüz olan insanlar (mədə pozuntusuna, köpmə hissinə səbəb olan simptomlar) üçün laktozasız süd istehsal edib.