...

Dəmir yolunda partlayış səbəbindən yubanan Rusiyadan Azərbaycana gələn qatarlar tezliklə ölkəyə çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2012 14:24 (UTC +04:00)
Bakı-Sankt-Peterburq və Bakı-Tümen qatarlarının hərəkəti tezliklə bərpa olunacaq.
Dəmir yolunda partlayış səbəbindən yubanan Rusiyadan Azərbaycana gələn qatarlar tezliklə ölkəyə çatacaq

Azərbaycan, Bakı, 24 may / Trend, müxbir E.İsmayılov/

Bakı-Sankt-Peterburq və Bakı-Tümen qatarlarının hərəkəti tezliklə bərpa olunacaq. Bu barədə cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Dağıstan ərazisində Açi-İzberbaş mənzilində yük qatarının altında partlayıcı qurğunun partlaması hadisəsini şərh edərkən deyib.

Dağıstan ərazisində partlayış Moskva vaxtı ilə saat 08:10-da baş verib.

Əzməmmədovun dediyi kimi, Bakı-Sankt-Peterburq qatarı artıq iki saatdır, Bakı-Tümen qatarı isə 40 dəqiqədir partlayışın baş verdiyi yerdə dayanıb.

"Hazırda hadisə yerində güc strukturları və təmir işçiləri çalışır. Yaxın bir saat ərzində bu yolda hərəkət bərpa olunacaq", - Əzməmmədov qeyd edib. Bakı vaxtı ilə saat 17:57-də Bakı-Moskva qatarı hadisə yerinə çatacaq. O, paytaxta mayın 25-də saat 06:10-da çatmalı idi.

Xəbər lenti

Xəbər lenti