...

Azərbaycanın su operatorunun abunəçilərinin təxminən yarısı sayğaclarla təmin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2012 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir A.Axundov/

Birinci rübdə "Azərsu" ASC-nin xidmət göstərdiyi abunəçilərin sayı 7716 abunəçi və ya 0,7 faiz artıb. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

2012-ci il aprelin 1-nə olan məlumata görə, ölkə üzrə 1 093 680 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. İstehlakçıların 97 faizini əhali təşkil edir.

2012-ci ilin yanvar-mart aylarında abonent sayında artım əsasən nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş verib.

2012-ci ilin birinci rübündə 11548 abunəçi sayğacla təmin olunub. Bununla da ölkə üzrə sayğaclı abunəçilərin sayı 523919-a çatıb. Hazırda abunəçilərin 48,5 faizi sayğacla təmin olunub.

Xəbər lenti

Xəbər lenti