...

Dağıstanda partladılmağa cəhd edilən qatar Azərbaycana boru daşıyırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2012 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.İsmayılov/

Dağıstanın İzberbaş şəhərində partladılan yük qatarı Azərbaycana boru və başqa yüklər daşıyırdı. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Mahaçqaladakı Daxili İşlər İdarəsinə istinadən məlumat verir.

"Partlayıcı qurğu 87 vaqondan ibarət qatarın təqribən 30-cu vaqonunun altında Moskva vaxtı ilə saat 08:40 radələrində işə düşüb", - idarədən bildiriblər.

Partlayış İnçxe-İzberbaş dəmiryol mənzilinin 2352-ci kilometrliyində baş verib. İlkin məlumatlara görə, partlayış relsləri və bir neçə dəmir-beton şpalı zədələyib. Vaqonlardan heç biri relsdən çıxmayıb. Hadisə yerində rayonda başqa partlayıcıların olub-olmadığını yoxlayan mütəxəssislər işləyir.

Yoxlamalar başa çatdıqdan sonra yol mühəndisləri bərpa işlərinə başlayacaqlar.

Xəbər lenti

Xəbər lenti