...

Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2012 15:06 (UTC +04:00)
İyunun 9-da Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti üçtərəfli Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunda iştirak edəcək.
Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Ə.Həsənov/

İyunun 9-da Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti üçtərəfli Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunda iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Üçtərəfli görüş Türkiyənin Qars şəhərində keçiriləcək. Tədbirdə kənd təsərrüfatı, tikinti, sənaye, turizm, tekstil, daşınmaz əmlak, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı nəzərdə tutulur.

Məlumatda deyilir ki, biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Bundan əvvəlki üçtərəfli biznes forum cari il fevralın 16-da Tbilisidə keçirilib. Növbəti görüş Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti