...

Macarıstan payızda Azərbaycanda Ticarət Evi açacaq – dövlət katibi

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2012 19:24 (UTC +04:00)
Bakıda Macarıstan Ticarət Evi payızda açılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Macarıstan İqtisadiyyat Nazirliyinin dövlət katibi Roza Nad bildirib.
Macarıstan payızda Azərbaycanda Ticarət Evi açacaq – dövlət katibi

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir A.Axundov/

Bakıda Macarıstan Ticarət Evi payızda açılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Macarıstan İqtisadiyyat Nazirliyinin dövlət katibi Roza Nad bildirib.

"Sahibkarlara - həm burada bizimkilərə, həm də Macarıstanda azərbaycanlılara köməyə ehtiyac var. Bu istiqamətdə effektiv addım Bakıda Ticarət Evinin açılması olacaq", - Nad deyib.

Onun sözlərinə görə, belə institut macar sahibkarlara, xüsusilə, xırda sahibkarlara dəstək göstərməyə, onların məhsullarını Azərbaycana tədarük etməyə imkan verəcək.

"Ötən ilin payızında bizim prezident Azərbaycana səfər edib və Bakıda Macarıstan Ticarət Evinin açılmasına dair planları səsləndirdi. Biz bu istiamətdə çox işləmişik və hesab edirəm ki, bu, payızda həyata keçiriləcək. Macarıstan dünya ölkələrində 8-10 Ticarət Evi açmağı planlaşdırır, onlardan birincisi Azərbaycanda işinə başlayacaq", - Nad deyib.

Bundan əlavə, onun sözlərinə görə, Macarıstan xarici ticarətin inkişafına dair yeni proqram reallaşdıracaq. Bu proqram ilk növbədə şərq istiqamətində, eləcə də Azərbaycanla ticarət əlaqələrinin genikşləndirilməsini nəzərdə tutur.

"Bu gün ölkələr arsında ticarət dövriyyəsinin səviyyəsi çox aşağıdır. Ötən il mal dövriyyəsi 74,6 milyon dollar təşkil edib, onun böyük hissəsi Macarıstandan Azərbaycana ixracın payına düşüb. Macarıstan və daha sonra Avropa bazarlarına çıxarılması mümkün olan Azərbaycan məhsullarını aşkara çıxarmaq üçün birlikdə çalışmaq lazımdır", - dövlət katibi deyib.

Xəbər lenti

Xəbər lenti