...

Ağstafa-Poylu mənzilində 5,5 km yolun əsaslı təmirinə başlanılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2012 09:24 (UTC +04:00)
Bu gün Ağstafa-Poylu mənzilində 5,5 km yolun əsaslı təmirinə başlanılıb.
Ağstafa-Poylu mənzilində 5,5 km yolun əsaslı təmirinə başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Bu gün Ağstafa-Poylu mənzilində 5,5 km yolun əsaslı təmirinə başlanılıb.

Təmir işləri "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"na əsasən, Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri çərçivəsində aparılır. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Səhər saatlarında köhnə yolun söküntüsünə start verilib.

Təmir işləri dörd gün davam edəcək.

Qeyd edək ki, İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bakı-Böyük Kəsik-Bakı sahəsində indiyə kimi 89 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti