...

Keçmiş AzSSR Əmanət Bankının əmanətçilərinə 109 milyon dollardan çox vəsait ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2012 14:14 (UTC +04:00)
İyulun 9-dək keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının varisi olan "KapitalBank"ın 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə əmanətçilərinə birdəfəlik fərdi ödənişlər qismində 85,825 milyon manat ödənilib.
Keçmiş AzSSR Əmanət Bankının əmanətçilərinə 109 milyon dollardan çox vəsait ödənilib

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir A.Axundov/

İyulun 9-dək keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının varisi olan "KapitalBank"ın 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə əmanətçilərinə birdəfəlik fərdi ödənişlər qismində 85,825 milyon manat ödənilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bankın yaydığı məlumatda deyilir.

Hesabat dövründə 156 064 əmanətçiyə ödəniş edilib, ümumilikdə isə banka 314 862 müraciət daxil olub, onlardan 237 654-ü artıq baxılması üçün bankın nəzdindəki Əmanətçilərə birdəfəlik fərdi ödənişlər mərkəzinə göndərilib. Əmanət kitabçasının itməsi və ya korlanması ilə bağlı daxil olan müraciətlərin sayı 5610 olub.

"Kapital Bank" bəzi vətəndaşların müraciətlərin icra müddəti ilə bağlı narahatlıqlarını nəzərə alaraq qeyd edir ki, əlavə araşdırmaya ehtiyac yarandığı təqdirdə müraciətlərin icra vaxtı müəyyən müddət uzana bilər", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti