...

Tacikistan Prezidenti "Azərsun Holdinq"ə məxsus müasir istixana kompleksi ilə tanış olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2012 14:00 (UTC +04:00)
Ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Prezidenti Emoməli Rəhmon iyulun 12-də Xəzər rayonunun Binə qəsəbəsində yerləşən "Azərsun Holdinq"ə məxsus "Green Tech" MMC-nin müasir istixana kompleksi ilə yaxından tanış olub.
Tacikistan Prezidenti "Azərsun Holdinq"ə məxsus müasir istixana kompleksi ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Prezidenti Emoməli Rəhmon iyulun 12-də Xəzər rayonunun Binə qəsəbəsində yerləşən "Azərsun Holdinq"ə məxsus "Green Tech" MMC-nin müasir istixana kompleksi ilə yaxından tanış olub.

Tacikistan Prezidenti əvvəlcə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin holdinqin müəssisələrinin açılışında iştiraklarını əks etdirən fotoguşəyə baxıb.

"Azərsun Holdinq"in idarə heyətinin sədri Abdulbari Gözəl komplekslə yaxından tanış olan Tacikistan Prezidentinə məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin ölkəmizdə kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı, həmçinin, sahibkarlar üçün əlverişli şəraitin yaradılması nəticəsində bir sıra layihələr həyata keçirilir. Binə qəsəbəsində yerləşən və 80 hektar ərazini əhatə edən "Green Tech" MMC-nin müasir istixana kompleksi də bu layihələrdən biridir.

Müəssisənin rəhbəri Tahir Gözəl bildirib ki, MMC-nin əsas məqsədi ölkədə müasir istixana kompleksi yaratmaq, əhalini keyfiyyətli tərəvəz məhsulları ilə təmin etməkdir. Müəssisədə inşaat və yeni investisiya layihələrinin reallaşdırılması davam edir və ümumilikdə obyektə 16 milyon manat sərmayə qoyuluşu nəzərdə tutulub. İstixana kompleksinin inşasında ölkəmizdə ən son dünya təcrübəsinə əsaslanan inşaat materiallarından, avadanlıqdan, cihaz və qurğulardan istifadə edilib, müasir texnologiya tətbiq olunub.

Həmçinin, Tahir Gözəl hazırda müəssisədə 151 nəfərin işlədiyini, kompleks tam istifadəyə verildikdən sonra isə 300 nəfərin işlə təmin olunacağını qeyd edib. Eyni zamanda bildirib ki, indi müəssisənin illik istehsal gücü 6 min tondur. Gələcəkdə isə bu rəqəmin10 min tona çatdırılacağı planlaşdırılır.

İstehsal prosesi ilə yaxından tanış olan Tacikistan Prezidenti yetişdirilən məhsulların dadına baxıb və razılığını bildirib. Daha sonra isə Emoməli Rəhmon "Azərsun Holdinq"i Tacikistanda fəaliyyət göstərməyə dəvət edərək, Holdinqə torpaq sahəsi ayrılacağını, tələb olunan bütün güzəştləri yaradacağını bildirib.

Xəbər lenti

Xəbər lenti