...

Azərbaycanın iri bankı auditoru müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2012 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2012-ci ilin birinci yarısı və il ərzində bankın və törəmə strukturlarının konsolidə edilmiş maliyyə hesabatlarının auditini keçirmək üçün kənar auditoru müəyyənləşdirib.

Trend-in məlumatına görə, bu barədə cümə günü ABB-nin yaydığı məlumatda deyilir.

Müvafiq tenderin qalibi "Deloitte & Touche" MMC olub.

ABB və onun törəmə strukturlarının ("Azərbaycan Beynəlxalq Bankı - Moskva" MMC, "Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan" SC, "Beynəlxalq Sığorta Şirkəti" ASC, "Azərikard" MMC) hesabatları beynəlxalq maliyyə hesabatlıq və beynəlxalq audit standartlarına uyğun auditdən keçməlidir.

Xəbər lenti

Xəbər lenti