...

“AtaBank” ASC nağdsız hesablaşmaların inkişafı mövzusundxa yazı müsabiqəsinin qaliblərini açıqlayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2012 13:02 (UTC +04:00)
"AtaBank" ASC əhalinin plastik kartlardan istifadə etməsini genişləndirmək məqsədilə jurnalistlər üçün elan etdiyi yazı və süjet müsabiqəsinin qaliblərini müəyyənləşdirib.
“AtaBank” ASC nağdsız hesablaşmaların inkişafı mövzusundxa yazı müsabiqəsinin qaliblərini açıqlayıb (FOTO)

Azərbaycan, Bakı, 16 iyul /Trend/

"AtaBank" ASC əhalinin plastik kartlardan istifadə etməsini genişləndirmək məqsədilə jurnalistlər üçün elan etdiyi yazı və süjet müsabiqəsinin qaliblərini müəyyənləşdirib.

"Nağdsız hesablaşmaların geniş tətbiqi bu günün tələbidir" mövzusunda elan edilmiş müsabiqəyə təqdim edilmiş işlər arasında I-III və 3 həvəsləndirici yerin qalibləri müəyyən edilib.

Müsabiqənin münsiflər heyətinin qərarı ilə Musa Əhmədov (YURD TV) I yerə, İlahə Xəlilova (Trend) II yerə, Emil Eyyubov (Consulting&Business) III yerə layiq görülüb. Seymur Yunusov (İqtisadiyyat), Samir Məstəliyev (Banker.az) və Pünhan Əfəndiyev (Üç nöqtə) həvəsləndirici yerlərə layiq görülüblər. "Palitra" qəzetinin müxbiri İlikin Ağayevə "Excelsior Hotel Baku" oteli "Aura" Sağlamlıq mərkəzinə hədiyyə sertifikatı təqdim olundu.

13 iyul 2012-ci il tarixində "AtaBank"ASC-nin baş ofisində müsabiqənin nəticələrinin elan edilməsi münasibətilə mükafatlandırma mərasimi keçirilib. Tədbirdə "AtaBank" ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini Müseyib Əliyev çıxış edərək bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizdə nağdsız ödənişlərin artırılması üçün dövlət və özəl təşkilatlar tərəfindən geniş işlər aparılır. "AtaBank" bu istiqamətdə aparılan işlərə qoşulub, öz imkanlarını səfərbər edib. Görüləsi işlər sırasında əhalinin maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir və bu işdə biznes sahəsində yazan, araşdırmalar aparan jurnalistlərin fəal iştirakı zəruridir. Məhz mətbuatda nağdsız hesablaşmalar mövzusunda yazıların daha çox olması üçün "AtaBank" bu müsabiqəni təşkil edib.

"AtaHoldinq" ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam şöbəsinin rəisi Dilarə Zamanova çıxış edərək dedi ki, "AtaHoldinq" ASC-nin qazandığı uğurların çoxsaylı səbəblərindən biri də onun fəaliyyətinin kütləvi informasiya vasitələri tərəfindən geniş ictimaiyyətə çatdırılmasıdır. Şirkət mətbuatla əlaqələrə xüsusi diqqət yetirir və jurnalistlərlə keçirilən görüşlər artıq ənənəyə çevrilib.

Münsiflər heyəti adından çıxış edən münsiflər heyətinin sədri Müseyib Əliyev qeyd etdi ki, daxil olmuş yazıların əksəriyyəti maraqlı olub. Qalib yazılarda plastik kartların faydaları ilə bərabər, bu sahənin inkişaf etdirilməsi barədə təkliflər də göstərilib.

Mükafatlandırma mərasimdə I yerin qalibinə 800 manat, II yerin qalibinə 400 manat, III yerin qalibinə 250 manat pul mükafatı verildi. Həmçinin həvəsləndirici yerlərin 3 nəfər qalibinin hər birinə 100 manat pul mükafatı təqdim olundu.

Sonda müsabiqənin nəticələrinin elan edilməsi Mətbuat günü ərəfəsinə təsadüf etdiyindən, "AtaHoldinq" və "AtaBank" ASC-nin rəhbərliyi jurnalistləri peşə bayramları münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı.

Xəbər lenti

Xəbər lenti