...

Azərbaycan bankı “AGBank”da kapitallaşma prosesi başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2012 14:39 (UTC +04:00)
İyulun 23-dən Bakı Fond Birjasında (BFB) "Azəriqazbank" QSC-nin 5 milyon manat həcmində sadə, adlı, sənədsiz, istiqrazlarının yerləşdirilməsinə başlanacaq.
Azərbaycan bankı “AGBank”da kapitallaşma prosesi başlayır

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir A.Axundov/

İyulun 23-dən Bakı Fond Birjasında (BFB) "Azəriqazbank" QSC-nin 5 milyon manat həcmində sadə, adlı, sənədsiz, istiqrazlarının yerləşdirilməsinə başlanacaq. Bu barədə dünən Trend-ə BFB-dən məlumat verilib.

Emissiya prospekti çərçivəsində hər birinin nominal qiyməti iki manat olan 2,5 milyon səhm buraxılıb. Yerləşdirmənin anderrayteri qismində "Caspian Financial" MMC çıxış edəcək.

"Şirkət onun səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilməsi ilə bağlı ərizə ilə müraciət edib", - məlumatda deyilir.

Hazırda bankın nizamnamə kapitalı 20 milyon manat təşkil edir, yeni emissiyanın yerləşdirilməsindən sonra isə o, 25 milyon manata çatdırılacaq.

"AG Bank" ASC 1992-ci ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti