...

“NBC Bankın” aktivləri cari ilin ilk 6 ayı ərzində 24 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2012 12:33 (UTC +04:00)
Son 6 ay ərzində "NBC Bank"ın aktivləri 63,4 mln. manatdan 78,6 mln. manata qədər artıb.
“NBC Bankın” aktivləri cari ilin ilk 6 ayı ərzində 24 faiz artıb

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Son 6 ay ərzində "NBC Bank"ın aktivləri 63,4 mln. manatdan 78,6 mln. manata qədər artıb. Faiz göstəricisi ilə artım 24% təşkil edir. Bu barədə Trend-ə bankdan məlumat verilib.

Qeyd olunan müddətdə ən çox artım fiziki şəxslərin depozit portfelində müşahidə olunub. Belə ki, 2011-ci ilin sonunda fiziki şəxslərin depozit portfeli 23,88 mln. manat təşkil edirdisə, 2012-ci il iyul ayının 1-nə olan məlumata əsasən, depozit portfeli 36% artaraq, 32,48 mln. manat təşkil edib.

Bununla yanaşı, kredit portfelində də son 6 ayda artım müşahidə olunub. 2011-ci ilin sonunda kredit portfelinin həcmi 51,22 mln. manat təşkil edirdisə, 2012-ci ilin ilk 6 ayının nəticələrinə görə, bankın kredit portfeli 59,84 mln. manat təşkil edib ki, bu da təxminən 17,3% artım deməkdir.

Qısa müddət ərzində bankın depozit və eləcə də kredit portfelində müşahidə olunan sürətli artımı vətəndaşlar tərəfindən banka verilən dəyərin və artan etibarın bariz nümunəsi kimi səciyyələndirmək olar.

Qeyd edək ki, bankın xidmətindən istifadə etmək istəyənləri Bakı şəhərində 7 və regionlarda yerləşən 4 filiala müraciət etməyə dəvət edirik.

"NBC Bank"ın təklif etdiyi bank xidmətləri ilə bağlı ətraflı məlumat üçün (012) 932 nömrəsinə zəng edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti