...

Bakıda elektronika mağazasına maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2012 15:10 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə "ABC-Telekom" MMC-yə 3,7 min manat maliyyə sanksiyası tətbiq edilib.
Bakıda elektronika mağazasına maliyyə sanksiyası tətbiq edilib

Azərbycan, Bakı, 26 iyul /Trend/

Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13 ünvanında yerləşən "ABC-Telekom" MMC-yə məxsus "Kontakt Electronics" mağazasında aparılan yoxlama zamanı qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların çaşdırıldığı müəyyənləşdirilmiş və bu səbəbdən qeyd olunan təsərrüfat subyekti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Xəbər lenti

Xəbər lenti