...

Expressbank MasterCard kartlarının emissiyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2012 10:34 (UTC +04:00)
2012-ci il üzrə strateji plana uyğun olaraq, Expressbank Beynəlxalq Ödəniş Sisteminin MasterCard Europe sprl. kartlarının emissiyası və qəbulu üzrə sertifikatlaşmanı uğurla başa çatdırıb.
Expressbank MasterCard kartlarının emissiyasına başlayıb

Azərbaycan, Bakı, 31 iyul /Trend/

2012-ci il üzrə strateji plana uyğun olaraq, Expressbank Beynəlxalq Ödəniş Sisteminin MasterCard Europe sprl. kartlarının emissiyası və qəbulu üzrə sertifikatlaşmanı uğurla başa çatdırıb. Bu barədə Trend-ə bankdan məlumat verilib.

Nəticədə bank Maestro, MasterCard Standard, MasterCard Gold və MasterCard Platinum bank kartlarının emissiyasına başlayıb.

Expressbank bank kartlarının emissiyasına 2009-cu ildən start verib, 2010-cu ildən isə bank Beynəlxalq Ödəniş Sisteminin Visa Int. çip kartlarının emissiyasını həyata keçirir.

Bankın aktivində 30 mindən çox bank kartları və ölkənin 33 regionunda fəaliyyət göstərən 60 bankomatı vardır.
Expressbankın faliyyəti, xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün www.expressbank.az ünvanına və ya 132 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti