...

Qax rayonunun inkişafı üçün investisiya layihələrinin qəbuluna başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2012 10:54 (UTC +04:00)
Çərşənbə axşamı İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qax rayonunda prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Qax rayonunun inkişafı üçün investisiya layihələrinin qəbuluna başlanılıb

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Çərşənbə axşamı İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qax rayonunda prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

İyulun 27-də Qax rayonunun İlisu kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qax rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- müasir quşçuluq təsərrüfatının yaradılması;
- kiçik və orta həcmli meyvə emalı müəssisələrinin yaradılması;
- müasir çörək istehsalı müəssisəsinin yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti