...

"ADB-Broker" iyun ayında Azərbaycanda brokerlərin renkinqinə yenidən başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2012 13:07 (UTC +04:00)
2012-ci ilin iyul ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "ADB-Broker" MMC başçılıq edib.
"ADB-Broker" iyun ayında Azərbaycanda brokerlərin renkinqinə yenidən başçılıq edib

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin iyul ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "ADB-Broker" MMC başçılıq edib. Şirkət müştərilərə ümumi dəyəri 69,86 milyon manat olan broker xidmətləri göstərib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakı Fond Birjasının yaydığı məlumatda deyilir.

İkinci yeri müştərilərə ümumi həcmi 17,95 milyon manat olan broker xidmətləri göstərən "Çelsi Kapital" MMC tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 10,99 milyon manatla "BoB Broker" MMC qərarlaşıb.

20012-cu il iyul ayı üzrə DQK bazarında göstərilən xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Broker xidmətlərinin məbləği

(AZN)

1

1

"ADB-Broker" MMC

69 864 986,44

2

2

"Çelsi Kapital" MMC

17 952 536,66

3

3

"BoB Broker" MMC

10 988 879,00

4

6

"Respublika İnvest" MMC

4 003 000,00

5

4

"Texnika Kapital Menecment" MMC

3 602 280,90

6

5

"Brokdil-Az" MMC

2 498 659,97

Xəbər lenti

Xəbər lenti