...

Azərbaycan və Belarus Gəncə avtomobil zavodunda xüsusi texnika istehsal edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2012 12:20 (UTC +04:00)
Gəncə avtomobil zavodu və AMKODOR holdinqi (Belarus) Azərbaycanda yol-tikinti, kommunal, qartəmizləyən, aerodrom, meşə, kənd təsərrüfatı və digər xüsusi texnika və avadanlığın birgə istehsalı üzrə memorandum imzalayıblar.
Azərbaycan və Belarus Gəncə avtomobil zavodunda xüsusi texnika istehsal edəcəklər

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir E.İsmayılov/

Gəncə avtomobil zavodu və AMKODOR holdinqi (Belarus) Azərbaycanda yol-tikinti, kommunal, qartəmizləyən, aerodrom, meşə, kənd təsərrüfatı və digər xüsusi texnika və avadanlığın birgə istehsalı üzrə memorandum imzalayıblar. Bu barədə cümə axşamı Trend-ə müəssisədən bildiriblər.

Memorandumu "Gəncə avtomobil zavodu" İstehsalat Birliyinin baş direktoru Kamran Nəzərov və AMKODOR-un səlahiyyətli nümayəndəsi, "Dormaş" zavodunun (holdinqin tərkibinə daxildir) direktoru Nikolay Kosten imzalayıblar.

Nəzərov deyib ki, bütün texniki məsələlərin işlənib hazırlanmasından sonra texnikanın istehsalına dair müqavilə bağlanacağı gözlənilir. Bunun yaxın vaxtlarda baş verməsi planlaşdırılır. Birbaşa istehsala ilin sonunadək başlamaq nəzərdə tutulub.

İstehsal edilən texnikanın texniki qulluğu Gəncə avtomobil zavodunun Azərbaycanın müxtəlif regionlarında yerləşən servis mərkəzlərində həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti