Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir E.İsmayılov/
"Azərbaycan Hava Yolları" QSC-nin həyata keçirdiyi Bakı-Antalya aviareysi yerli vaxtla saat 19:00-a təxirə salınıb. Bu barədə Trend-ə cümə axşamı Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.
Məlumata əsasən, paytaxtdan saat 11:10-da uçmalı olan təyyarə təyinat yerinə Bakı vaxtı ilə saat 19:00-da yollanacaq.
"Reysin reallaşdırılması təyyarənin dəyişdirilməsi səbəbindən təxirə salınıb", - aeroportdan qeyd ediblər.
Hava limanından təyyarənin dəyişdirilməsinin səbəbini açıqlamayıblar.