...

Azərbaycan biznesi 2012-ci il üçün güzəştli maliyyələşdirilmənin təqribən 74 faizini mənimsəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2012 13:00 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 1610 investisiya layihəsinin maliyyələşdirilməsinə 147 milyon manat dəyərində güzəştli kredit ayırıb.
Azərbaycan biznesi 2012-ci il üçün güzəştli maliyyələşdirilmənin təqribən 74 faizini mənimsəyib

Azərbaycan, Bakı, 10 avqust/Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 1610 investisiya layihəsinin maliyyələşdirilməsinə 147 milyon manat dəyərində güzəştli kredit ayırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü SKMF-nin sədri Şirzad Abdullayev "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda Şamaxı rayonunun Sabir qəsəbəsində keçirilən tədbirdə bildirib.

"Bu kreditlər hesabına 6500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur", - Abdullayev deyib.

Görüşdə qeyd edilib ki, son illər ərzində Dağlıq Şirvan iqtisadi rayonu üzrə 740 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 24 milyon manatadək, o cümlədən müasir texnologiyalara əsaslanan 9 layihənin maliyyələşdirilməsinə 6 milyon manatdan çox güzəştli kredit verilib. Bu müəssisələrdən 5-i istifadəyə verilib, 4 müəssisənin isə bu il istifadəyə verilməsi nəzərdə tutulur.

"2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" həyata keçirilməsi istiqamətində SKMF tərəfindən sahibkarlıq subyektlərinin intensiv üzümçülük təsərrüfatlarının yaradılmasına dair investisiya layihələrinin maliyyələşdirilməsi davam etdirilir. Dövlət Proqramına uyğun olaraq, Fond vasitəsilə 18 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 7,5 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən 52 sahibkarlıq subyektinə 2,6 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən 140-a yaxın sahibkar iştirak edib.

Tədbir çərçivəsində Şamaxı rayonunun, o cümlədən Sabir qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir heyvandarlıq kompleksinin, ət kəsimi müəssisəsinin, soyuducu anbar kompleksinin, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və digər metodiki materiallar paylanılıb.

Xəbər lenti

Xəbər lenti