...

“Texnikabank” fasiləsiz iş rejiminə keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2012 12:58 (UTC +04:00)
"Texnikabank" ASC qarşısında duran strateji vəzifələri uğurla həyata keçirmək, ölkə bankları arasında artan rəqabət şəraitində müştərlərə göstərilən xidmətin keyfiyyətini və operativliyini artırmaq, bununla da bankın müştəri bazasının genişləndirilməsinə nail olmaq məqsədi ilə fasiləsiz iş rejiminə keçib.
“Texnikabank” fasiləsiz iş rejiminə keçir

Azərbaycan, Bakı, 14 avqust /Trend/

"Texnikabank" ASC qarşısında duran strateji vəzifələri uğurla həyata keçirmək, ölkə bankları arasında artan rəqabət şəraitində müştərlərə göstərilən xidmətin keyfiyyətini və operativliyini artırmaq, bununla da bankın müştəri bazasının genişləndirilməsinə nail olmaq məqsədi ilə fasiləsiz iş rejiminə keçib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bu məqsədlə 13.08.2012-ci il tarixdən etibarən bankın Müştəri Xidməti, Nağd vəsaitlərin dövriyyəsi və Kredit departamentlərində müştərilərə saat 09:30-dan 17:00-dək fasiləsiz xidmət göstərilir.

Xatırladaq ki, "Texnikabank" ASC 1993-cü ildə təsis olunub. Bankın ölkə üzrə 35 filialı, 17 şöbəsi mövcuddur. Hazırda bank 762 işçidən ibarət personalı ilə müştərilərinə bütün növ bank xidmətləri göstərir.

Xəbər lenti

Xəbər lenti