...

"28 May" stansiyasının əsas girişinin yenidənqurmadan sonra açılışı təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2012 16:45 (UTC +04:00)
Yenidənqurmadan sonra Bakı Metropliteninin "28 May" stansiyasının əsas girişi sərnişinlər üçün 2012-ci ilin sonunda açılacaq. Bu barədə Trend-ə bazar ertəsi Bakı Metropolitenindəki mənbə bildirib.
"28 May" stansiyasının əsas girişinin yenidənqurmadan sonra açılışı təxirə salınıb

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.İsmayılov/

Yenidənqurmadan sonra Bakı Metropliteninin "28 May" stansiyasının əsas girişi sərnişinlər üçün 2012-ci ilin sonunda açılacaq. Bu barədə Trend-ə bazar ertəsi Bakı Metropolitenindəki mənbə bildirib.

Buna qədər əsas girişin tədris ilinin əvvəlində istismara veriləcəyi nəzərdə tutulmuşdu, lakin iş həcminin çox olması səbəbindən açılışın tarixi ilin sonundadək təxirə salınır.

"Yenidənqurma işləri yüksək templə davam edir. Əsas girişin vestibülünün yenidən qurulması çərçivəsində böyük həcmdə işlər nəzərdə tutulub. Bu işlər cari ilin sonunadək tamamlanacaq", - mənbə qeyd edib.

Bununla yanaşı, mənbə vurğulayıb ki, sərnişinlər "28 May" stansiyasının ikinci çıxışından, habelə onunla bitişik "Cəfər Cabbarlı" stansiyasının çıxışından istifadə edə bilərlər.

Girişin vestibülünün yenidən qurulması ilə yanaşı, eskalatorların dəyişdirilməsi və onların sayının 3-dən 4-dək artırılması üzrə işlər aparılır.

Xəbər lenti

Xəbər lenti