...

Azərbaycanda il ərzində sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 150 milyon manat güzəştli kredit ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2012 13:38 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Qaradağ rayonunun Sahil qəsəbəsində keçirib. Tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 150-dək sahibkar iştirak edib.
Azərbaycanda il ərzində sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 150 milyon manat güzəştli kredit ayrılıb

Azərbaycan, Bakı, 30 avqust /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Qaradağ rayonunun Sahil qəsəbəsində keçirib. Tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 150-dək sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən "Azəri" firmasının metal konstruksiya istehsalı zavodunun fəaliyyətinə baxış keçirilib.

Tədbir çərçivəsində Qaradağ rayonunun, o cümlədən Sahil qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək istehsalı, ət kəsimi, şüşə istehsalı, kiçik və ya orta həcmli tikişçilik və toxuculuq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi investisiya layihələri, metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edilib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1757 investisiya layihəsinin maliyyələşdirilməsinə 150 milyon manat güzəştli kredit ayrılıb, bu kreditlər hesabına 6800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti