...

"DəmirBank" Şəmkirdə bank xidmətləri ilə bağlı maarifləndirici aksiya keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2012 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

"DəmirBank" Şəmkir rayonu İcra Hakimiyyəti ilə birgə Şəmkir sakinləri üçün "DəmirBank məhsulları, plastik kartlar və nağdsız ödənişlər" mövzusunda maarifləndirici tədbir keçirib. 450 nəfərin iştirak etdiyi tədbir Şəmkir Mədəniyyət Evində keçirilib.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin nümayəndələri bank tərəfindən hazırlanan tədbiri yüksək dəyərləndiriblər. Şəmkir rayonunda fəaliyyət göstərən bank və kredit təşkilatları sırasında DəmirBank-ın ilk dəfə bu mövzuda geniş maarifləndirici tədbir keçirdiyi vurğulanıb.

Bankın məsul şəxsləri DəmirBank-ın fəaliyyəti, tarixi nailiyyətləri, eləcə də Şəmkir filialı və filialın göstərdiyi xidmətlər barədə iştirakçılara məlumat veriblər. Tədbir zamanı iştirakçılara müxtəlif bank xidmətləri üzrə maarifləndirici materiallar paylanılıb.

Daha sonra "Bank kartları və nağdsız ödənişlər" üzrə iştirakçılar üçün maarifləndirici təqdimat həyata keçirilib. Tədbirin sonunda DəmirBank və "Fujitsu" şirkətindən bir sıra iştirakçılara qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, hazırda DəmirBank-ın xidmət şəbəkəsi 31 filialdan ibarətdir. Onlardan 13-ü Bakıda, 18-i isə müxtəlif regionlarda - Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Xəbər lenti

Xəbər lenti