...

Frankfurt-Bakı aviareysinin vaxtında gələcəyi gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2012 11:36 (UTC +04:00)
"Lufthansa" aviaşirkətinin Frankfurt-Mayn-Bakı aviareysi cədvələ uyğun həyata keçiriləcək və yerli vaxtla saat 21:00-da paytaxtda olacaq.
Frankfurt-Bakı aviareysinin vaxtında gələcəyi gözlənilir

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Lufthansa" aviaşirkətinin Frankfurt-Mayn-Bakı aviareysi cədvələ uyğun həyata keçiriləcək və yerli vaxtla saat 21:00-da paytaxtda olacaq. Bu barədə çərşənbə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

"Cədvələ uyğun olaraq, təyyarə saat 21:00-da Bakıda yerə enəcək və hələlik yubanma və təxirəsalınma ilə bağlı elan verilməyib", - aeroportdan bildiriblər.

Öz növbəsində təyyarə Bakıdan Frankfurta yerli vaxtla saat 3:55-də uçacaq.

Bir müddət əvvəl "Lufthansa" aeroport işçilərinin tətili ilə əlaqədar ölkənin üç iri aeroportundan üç yüzə yaxın reysi təxirə salmışdı. Bu barədə çərşənbə axşamı aviaşirkətin saytı məlumat verib. Berlində, Frankfurt-Maynda və Münhendə aeroport işçiləri tətil elan ediblər.

Aeroportdan deyildiyi kimi, dünən hər iki istiqamətdə aviareyslər kiçik yubanmalarla reallaşdırılıb.

Xəbər lenti

Xəbər lenti