...

Bakının bəzi rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2012 12:04 (UTC +04:00)
Sentyabrın 7-dən 8-dək Bakı Metropoliteninin "Xətai" stansiyası ətrafına və "Qara şəhər"ə içməli suyun verilməsində fasilələr olacaq.
Bakının bəzi rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Ə.Həsənov /

Sentyabrın 7-dən 8-dək Bakı Metropoliteninin "Xətai" stansiyası ətrafına və "Qara şəhər"ə içməli suyun verilməsində fasilələr olacaq. Trend-in məlumatına görə, bu barədə "Azərsu" ASC-nin cümə günü yaydığı məlumatda deyilir.

"Suyun verilməsində fasilələr supaylayıcı şəbəkədə yeni magistral su kəmərinin çəkilişi və Bakının Xətai rayonunda siyirtmələrin quraşdırılması ilə əlaqədardır", - məlumatda deyilir.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti