...

“Lufthansa”nın Bakıya növbəti reysi cədvələ uyğun həyata keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2012 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Lufthansa" aviaşirkətinin növbəti Frankfurt-Mayn-Bakı aviareysinin təsdiqlənmiş cədvələ uyğun reallaşdırılacağı gözlənilir. Bu barədə cümə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından alman şirkətinin işçilərinin tətili davam etdirmələri ilə bağlı məsələni şərh edərkən məlumat veriblər.

Aeroportdan deyildiyi kimi, Bakıya növbəti reys şənbə günü reallaşdırılacaq. Cədvələ görə, təyyarə Bakıda yerli vaxtla saat 21:00-da yerə enməli və bazar günü geriyə, Frankfurta saat 3:55-də yola düşməlidir.

"Hələlik hərəkət qrafikində dəyişiklik yoxdur və reysin cədvələ uyğun reallaşdırılması planlaşdırılır", - aeroportdan bildiriblər.

Bundan əvvəlki reyslər kiçik yubanmalarla reallaşdırılıb.

Bir müddət əvvəl "Lufthansa" aeroport işçilərinin tətili ilə əlaqədar ölkənin üç iri aeroportundan üç yüzə yaxın reysi təxirə salmışdı. Bu barədə çərşənbə axşamı aviaşirkətin saytı məlumat verib. Berlində, Frankfurt-Maynda və Münhendə aeroport işçiləri tətil elan ediblər.

Xəbər lenti

Xəbər lenti