...

Azərbaycan tunel tikintisi işlərində iştirak etmək üçün xarici investorların potensialını öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2012 11:07 (UTC +04:00)
Azərbaycan Bakıda tunel tikintisi işlərində iştirak etmək üçün xarici investorların potensialını öyrənir.
Azərbaycan tunel tikintisi işlərində iştirak etmək üçün xarici investorların potensialını öyrənir

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Bakıda tunel tikintisi işlərində iştirak etmək üçün xarici investorların potensialını öyrənir. Trend-in məlumatına görə, bu barədə Baş nazirin müavini Abid Şərifov bazar ertəsi jurnalistlərə bildirib.

Bazar ertəsi Bakıda "Tunel tikintisi və meqapolislərdə yeraltı infrastruktur" adlı beynəlxalq konqres öz işinə başlayıb.

Şərifovun sözlərinə görə, konqres zamanı Azərbaycanın dövlət strukturlarının nümayəndələri potensial investorlarla görüşlər keçirəcəklər.

"Tunellərin tikintisinə təkcə əlavə metro xətlərinin tikintisi deyil, həm də avtomobil yollarında tunellərin, keçidlərin tikintisi, eləcə də sənaye məqsədləri ilə tikintilər aiddir", - Şərifov bildirib.

Xəbər lenti

Xəbər lenti