...

İsveçrə və Azərbaycan kapital bazarının müasirləşdirilməsi çərçivəsində saziş imzalaycaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2012 13:54 (UTC +04:00)
Sentyabrın 13-də Bakıda Azərbaycan hökuməti ilə İsveçrə arasında "Kapital bazarının müasirləşdirilməsi layihəsinə dair Texniki Yardım haqqında Saziş"in imzalanma mərasimi keçiriləcək.
İsveçrə və Azərbaycan kapital bazarının müasirləşdirilməsi çərçivəsində saziş imzalaycaqlar

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Ə.Həsənov/

Sentyabrın 13-də Bakıda Azərbaycan hökuməti ilə İsveçrə arasında "Kapital bazarının müasirləşdirilməsi layihəsinə dair Texniki Yardım haqqında Saziş"in imzalanma mərasimi keçiriləcək. İmzalanma mərasimi Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) inzibati binasında baş tutacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı QKDK-nın məlumatında deyilir.

"Kapital bazarının müasirləşdirilməsi layihəsinə dair Texniki Yardım haqqında Saziş"in əsas məqsədi "Kapital bazarının müasirləşdirilməsi" layihəsi çərçivəsində iki komponent üzrə (Hüquqi və tənzimləyici çərçivənin yenilənməsi və gücləndirilməsi, Təklifin stimullaşdırılması) müvafiq dəstəyin həyata keçirilməsindən ibarətdir.

"Bütövlükdə "Kapital bazarının müasirləşdirilməsi" layihəsi "2011-2020-ci illərdə Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının icrası üçün zəruri olan texniki və təşkilati dəstəyin təmin edilməsinə yönəldiləcək", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti