...

Dövlət Neft Fondunun idxal edilən qızıl ehtiyatları gömrük yığımlarından azad edilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2012 13:36 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Nazirlər Kabinetinə Fondun ölkəyə ixdal etdiyi fiziki qızılın gömrük yığımlarından azad edilməsi haqqında təkliflə müraciət edib.
Dövlət Neft Fondunun idxal edilən qızıl ehtiyatları gömrük yığımlarından azad edilə bilər

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Nazirlər Kabinetinə Fondun ölkəyə ixdal etdiyi fiziki qızılın gömrük yığımlarından azad edilməsi haqqında təkliflə müraciət edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bildirib.

"Bu günədək Fond 10 ton qızıl alıb. Qızıllar Böyük Britaniyanın banklarında saxlanılır", - Mövsümov qeyd edib.

Onun sözlərinə görə, hazırda ölkədə qızılın saxlanılması məsələsi barədə Azərbaycan Mərkəzi Bankı ilə danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti