...

Roma-Bakı aviareysi yubanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2012 18:02 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-nin həyata keçirdiyi J2 038 Roma-Bakı aviareysinin gəlişi yubanır.
Roma-Bakı aviareysi yubanır

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC-nin həyata keçirdiyi J2 038 Roma-Bakı aviareysinin gəlişi yubanır. Bu barədə çərşənbə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat veriblər.

Aeroportdan deyiblər ki, təyyarə paytaxta yerli vaxtla saat 18:30-da gəlməli idi, lakin hava gəmisində yaranmış problem səbəbindən yubanır.

"Təyyarənin Bakıya dəqiq nə vaxt gələcəyi məlum deyil", - aeroportdan bildiriblər.

Hava limanından təyyarədəki problemlərin təfərrüatı barədə məlumat verməyiblər.

Xəbər lenti

Xəbər lenti