Azərbaycan, Bakı, 19 sentyabr /Trend/
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "PSG-Broker" Məhdud Məsuliyyətli Cəmiyyətə 13 sentyabr 2012-ci il tarixində broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib.
Komitənin İctimaiyyətlə əlaqələr sektorundan çərşənbə günü Trend-ə verilən məlumata görə, beləliklə, hazırda qiymətli kağızlar bazarında 15 broker fəaliyyəti, 14 diler fəaliyyəti və 2 aktivlərin idarə olunması, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.