...

Şəmsəddin Hacıyev: Azərbaycan faizsiz maliyyələşdirmə sistemindən istifadənin imkanlarını öyrənməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2012 11:29 (UTC +04:00)
Faizsiz maliyyələşdirmə sistemindən istifadə müəyyən iqtisadi kataklizmlər barədə xəbərdarlıq edə bilər. Ona görə də Azərbaycan üçün bu sistemdən istifadə imkanlarını nəzərdən keçirmək vacibdir.
Şəmsəddin Hacıyev: Azərbaycan faizsiz maliyyələşdirmə sistemindən istifadənin imkanlarını öyrənməlidir

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir C.Nəsibova/

Faizsiz maliyyələşdirmə sistemindən istifadə müəyyən iqtisadi kataklizmlər barədə xəbərdarlıq edə bilər. Ona görə də Azərbaycan üçün bu sistemdən istifadə imkanlarını nəzərdən keçirmək vacibdir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev çərşənbə axşamı Bakıda "Azərbaycanda islam maliyyə bazarının inkişaf perspektivləri" mövzusunda simpoziumun açılışında bildirib.

Simpoziumda Azərbaycan, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanından islam maliyyələşdirməsi üzrə ekspertlər, professorlar və pedaqoqlar, azərbaycanlı deputatlar, İqtisadi İnkişaf, Maliyyə və Vergilər nazirliklərinin, eləcə də yerli bankların, lizinq və investisiya şirkətlərinin nümayəndələri iştirak edirlər.

Simpozium çərçivəsində Azərbaycanda alternativ maliyyə mənbəyi kimi islam maliyyə bazarının icmalı, bu gün və gələcəkdə Azərbaycanda islam maliyyə bazarının formalaşma perpektivləri, Azərbaycandakı investisiya layihələrində islam maliyyə institutlarının iştirakı imkanları, islam bankçılığı sahəsində fəaliyyət göstərən beynəlxalq institutların yerli maliyyə institutları ilə əməkdaşlığının formalaşması yolları müzakirə olunacaq.

Bu gün dünya maliyyə bazarında islam kapitalının payı 1,3 trilyon dollar həcmində dəyərləndirilir. Faizsiz maliyyələşdirmənin bu sistemi dünyanın 74 ölkəsində 400-dən artıq maliyyə təşkilatında tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti