...

Əli Abbasov: Azərbaycan Böyük Britaniyanın ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2012 20:19 (UTC +04:00)
Azərbaycan Böyük Britaniyanın ölkə iqtisadiyyatının, xüsusən enerji sahəsinin inkişafında rolunu yüksək qiymətləndirir.
Əli Abbasov: Azərbaycan Böyük Britaniyanın ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Böyük Britaniyanın ölkə iqtisadiyyatının, xüsusən enerji sahəsinin inkişafında rolunu yüksək qiymətləndirir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Böyük Britaniya Kraliçası II Elizabetin təvəllüd günü münasibətilə təşkil edilən ziyafətdə bildirib.

"Böyük Britaniya ilə münasibətlər son 20 ildə Azərbaycanın inkişafında vacib rol oynayıb. Xüsusən, bu ölkənin BP neft şirkətinin Azərbaycanda karbohidrogenlərin kəşfiyyatı və hasilatına töhfəsi bizim üçün vacidbir", - nazir qeyd edib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər təkcə siyasi və iqtisadi sahələrdə deyil, həmçinin humanitar sahədə dinamik inkişaf edir.

"Bir çox Azərbaycan gəncləri Böyük Britaniyadakı ali məktəblərdə keyfiyyətli təhsil alırlar", - Abbasov vurğulayıb.

Nazir ziyafətdə iştirak edənlərə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytmanın sözlərinə görə, 2012-ci il iki ölkə münasibətlərində əlamətdardır, belə ki, diplomatik münasibətlərin 20 ili tamam olur.

Səfir iki ölkə arasındakı münasibətlərin bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti