...

Azərbaycan VAZ avtomobillərinin idxalına qadağanı tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2012 14:12 (UTC +04:00)
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci il oktyabrın 1-dən dövlət zəmanəti altında olan sazişlər çərçivəsində ölkəyə gətirilən VAZ-2114 və VAZ-21154 avtomobillərinin respublikaya idxal edilməsinə qadağa tətbiq edib.
Azərbaycan VAZ avtomobillərinin idxalına qadağanı tətbiq edib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci il oktyabrın 1-dən dövlət zəmanəti altında olan sazişlər çərçivəsində ölkəyə gətirilən VAZ-2114 və VAZ-21154 avtomobillərinin respublikaya idxal edilməsinə qadağa tətbiq edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə DGK-nın sədri Aydın Əliyev deyib.

AZS 635-2012 "Təkərli nəqliyyat vasitələri, onların avadanqlıqları və hissələrinin sertifikasiyası qaydaları" dövlət standartının tələblərinə əsasən, mayın 1-dən etibarən Azərbaycana idxal edilən və ya ölkə daxilində istehsal edilən avtomobil nəqliyyat vasitələrində (tam ötürücülər istisna olmaqla) ABS əyləc sistemi və və ən azı 1 təhlükəsizlik yastığı olmalıdır.

Bununla əlaqədar mayın 1-dən VAZ 2107, VAZ 2114 və VAZ 2115 markalı avtomobillərin ölkəyə idxal edilməsinə qadağa qoyulmuşdu. Belə ki, onların ABS əyləc sistemi və təhlükəsizlik yastığı yoxdur.

Bununla belə oktyabrın 1-dək VAZ 2114 və VAZ 2115 avtomobillərin idxalı dövlət zəmanəti altında olan sazişlər çərçivəsində davam etdirilib, çünki sazişlər bu dövrədək qüvvədə olub.

Xəbər lenti

Xəbər lenti