...

Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının sıraları genişlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2012 16:53 (UTC +04:00)
Ölkənin daha 3 lizinq şirkəti Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasına üzv olub.
Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının sıraları genişlənib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir A.Аxundov/

Ölkənin daha 3 lizinq şirkəti Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasına üzv olub.

ALŞA-dan Trend-ə verilən məlumata əsasən, yeni üzvlər hazırda lizinq bazarında uğurla fəaliyyət göstərən "Ansar Lizinq", "Turan Lizinq" və "Nikoyl Lizinq" şirkətləridir. "Ansar Lizinq" və "Turan Lizinq" şirkətləri ALŞA-nın tərkibinə tam hüquqlu üzv qismində, "Nikoyl Lizinq" isə müşahidəçi üzv qismində qoşulub.

ALŞA-nın sədri Elçin Əhmədovun sözlərinə görə, yeni üzvlərin qatılması assosiasiyanın imkanlarını daha da artırır.

"Lizinq sektorunun inkişafını dəstəkləmək üçün ilk növbədə ölkədəki lizinq şirkətləri birləşməlidir. Sıralarımızın genişlənməsi qarşıda qoyulmuş məqsədlərə birgə səylərlə nail olmaq üçün perspektivləri daha da genişləndirir" - Əhmədov bildirib.

Bununla da ALŞA-nın tərkibinə Azərbaycanın 11 lizinq şirkəti daxildir. Bunlar AG Lizinq, Ansar Lizinq, AtaLizinq, Dəmir Bank, Joint Lizinq, UniLizinq, Turan Lizinq, Standard Lizinq, Qafqaz Lizinq şirkətləri, eləcə də müşahidəçi qismində ASB Bank və Nikoyl Lizinq şirkətləridir.

ALŞA 2005-ci ildə Beynəlxalq Maliyyə Korporasiyasının (IFS) "Azərbaycanda lizinqin inkişafı layihəsi" çərçivəsində yaradılıb.

Xəbər lenti

Xəbər lenti