Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın İspaniya Krallığındakı Səfirliyinin təşəbbüsü və dəstəyi ilə, 14-18 oktyabr tarixində İspaniyanın "PromoMadrid" agentliyinin və İspaniyanın Türkiyədəki və Azərbaycanda akkreditə olunmuş Səfirliyinin təşkilatçılığı ilə bir qrup ispan şirkətinin Azərbaycana səfəri, ölkəmizin dövlət və özəl qurumlarının nümayəndələri ilə görüşlərin keçirilməsi və Azərbaycan - İspaniya Biznes Forumunun baş tutması nəzərdə tutulur. Bu barədə Azərbaycan Respublikasının İspaniyadakı Səfirliyindən Trend-ə bildirilib
Azərbaycan tərəfindən biznes forumun təşkilatçısı Azpromo agentliyidir.
Həmin bu İspan şirkətləri nəqliyyat, dəmir yolları, mühəndislik, infrastruktur, su, ətraf mühit, elektrik enerjisi, arxitektura və neft-qaz sektorlarında fəaliyyət göstərir və ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlıdırlar.