Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir S.Ağayeva/
Pakistan və Azərbaycan arasında siyasi münasibətlər həmişə yaxşı səviyyədə olub. İki ölkənin iqtisadi əlaqələrini siyasi münasibətlər səviyyəsinədək yüksəltmək lazımdır. Trend-in məlumatına görə, bu barədə Pakistanın xarici işlər naziri Hina Rəbbani Xar Bakıda jurnalistlərə deyib.
Onun sözlərinə görə, Pakistan hökuməti Azərbaycan ilə iqtisadi əlaqələri siyasi münasibətlər səviyyəsinə yüksəltməyi qarşısına məqsəd qoyub.
O qeyd edib ki, əsas diqqət iki ölkə arasında əmtəə dövriyyəsinin səviyyəsinin artırılmasına ayrılacaq və Pakistan hökumətinin nümayəndələri bu istiqamətdə azərbaycanlı həmkarları ilə işə başlayıb.