...

Azərbaycanda 50 şirkət xaricdə təhsil almış gəncləri işə qəbul etməyə hazırdır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2012 14:36 (UTC +04:00)
Bu gün "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" çərçivəsində keçirilən əmək yarmarkası xaricdə təhsil almış gənclərə işə düzəlmək üçün müxtəlif imkanların təqdim edilməsi məqsədilə təşkil olunub.
Azərbaycanda 50 şirkət xaricdə təhsil almış gəncləri işə qəbul etməyə hazırdır (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir C.Nəsibova/

Bu gün "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" çərçivəsində keçirilən əmək yarmarkası xaricdə təhsil almış gənclərə işə düzəlmək üçün müxtəlif imkanların təqdim edilməsi məqsədilə təşkil olunub. Trend-in məlumatına görə, bu barədə şənbə günü Bakıda jurmalistlərə Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib.

"Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50 dövlət və özəl yerli və xarici şirkət tərəfindən 500-dən çox vakansiya çıxarılıb. Şirkətlər məzunlara işədüzəltmə prosesi barədə məlumat verir, eləcə də onları mövcud vakant yerlərlə tanış edir", - nazir müavini deyib.

Həsənovanın qeyd etdiyi kimi, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər, iqtisadiyyatın diversifikasiyası, innovativ iqtisadiyyatın yaradılması, insan kapitalının inkişaf etdirilməsi istiqamətində görülmüş işlərdən bəhs edib. Bildirilib ki, dövlət başçısının "qara qızıl"ın "insan kapitalı"na çevrilməsi siyasətinə uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" uğurla həyata keçirilir və proqram çərçivəsində hər il yüzlərlə gənc müxtəlif ölkələrin aparıcı təhsil müəssisələrində təhsil alır. Bununla yanaşı, xaricdə təhsil almış gənclərin işlə təmin olunması da daim diqqətdə saxlanılır. Bugünkü əmək yarmarkasının da məhz buna xidmət etdiyini vurğulayan iqtisadi inkişaf nazirinin müavini tədbir barədə ətraflı məlumat verib.

"Məzunların ölkənin təhsil sektorunda işləmək üçün cəlb edilməsi də az əhəmiyyətli deyil ki, bu da respublikada təhsilin səviyyəsinin yüksəldilməsinə təsir edə bilər", - Həsənova bildirib.

Nazir müavininin sözlərinə görə, bundan başqa, xaricdə təhsil almış gənclər yerli şirkətlərdə təkcə xaricdə əldə etdikləri biliklərdən istifadə deyil, həm də əldə etdikləri vərdişlər hesabına yeni şirkətlərin yaradılmasına kömək edə bilərlər.

Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzovun qeyd etdiyi kimi, 2007-ci ildən indiyədək təhsil üzrə dövlət proqramları çərçivəsində xarici ölkələrdəki ali məktəblərə 1800-ə yaxın tələbə göndərilib ki, onlardan 1200 nəfəri bu gün təhsilini həmin ali məktəblərdə davam etdirir.

"Azərbaycanlı tələbələr Rusiya, Misir, Türkiyə və Avropa ölkələrinin 200-dən çox ali məktəbində təhsil alıb və alırlar", - Novruzov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti