...

Azərbaycan və Braziliya əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2012 10:47 (UTC +04:00)
Azərbaycan və Braziliya qarşıdakı işgüzar görüş çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.
Azərbaycan və Braziliya əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycan və Braziliya qarşıdakı işgüzar görüş çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi saytında dərc olunmuş xəbərdə deyilir.

İşgüzar görüş 30 oktyabr 2012-ci il tarixində İstanbulda Azərbaycan və Braziliya iş adamlarının iştirakı ilə keçiriləcək. Tədbirdə kənd təsərrüfatı və qida sənayesi, sənaye, tikinti, yüngül sənaye (dəri emalı) və s. sahələri təmsil edən iş adamlarının iştirakı gözlənilir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanla Braziliya arasında əmtəə dövriyyəsi 132,64 milyon dollar təşkil edir ki, bunun da 132,4 milyon dolları idxalın payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti