...

"Atəşgah" sığorta şirkəti müvəqqəti olaraq iş rejimini dəyişir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2012 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycanın ən iri sığortaçılarından biri olan "Atəşgah" sığorta şirkəti təklif etdiyi xidmətlərdən faydalanan əhalinin rahatlığını təmin etmək məqsədilə iş rejimində müvəqqəti dəyişikliyin olacağını elan edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətin yaydığı məlumatda deyilir.

Məlumata görə, "Atəşgah" SŞ-nin Bakıda yerləşən bütün satış ofisləri bayram günləri (25-26 oktyabr 2012-ci il) saat 10:00 - 17:00-dək, şənbə günü (27 oktyabr 2012-ci il) - 10:00 -14:00-dək fəaliyyət göstərəcək.

Bazar günü (28 oktyabr 2012-ci il) "Atəşgah" SŞ-nin yalnız baş ofisi saat 10:00 -14:00-dək işləyəcək.

Əlavə məlumatı (012) 940 əlaqə telefonuna zəng etməklə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti