...

CAREC proqramı 2014-cü ilədək institut olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2012 15:34 (UTC +04:00)
Mərkəzi Asiya Ölkələrinin Əməkdaşlıq Proqramının (CAREC) üzv ölkələri yeni regional infrastruktur layihələrə, həmçinin enerji və ticari təşəbbüslərin dəstəklənməsinə 23 milyard dollardan çox məbləğdə investisiya yatırmaq barədə razılığa gəliblər.
CAREC proqramı 2014-cü ilədək institut olacaq

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir A.Axundov/

Mərkəzi Asiya Ölkələrinin Əməkdaşlıq Proqramının (CAREC) üzv ölkələri yeni regional infrastruktur layihələrə, həmçinin enerji və ticari təşəbbüslərin dəstəklənməsinə 23 milyard dollardan çox məbləğdə investisiya yatırmaq barədə razılığa gəliblər. Bu barədə Trend-ə Asiya İnkişaf Bankından (AİB) məlumat verilib.

Oktyabrın 29-da Çinin Uxan şəhərində keçirilən CAREC çərçivəsində nazirlərin XI görüşü zamanı nəqliyyat sahəsi üzrə 68 layihəyə üstünlük verən fəaliyyət planı qəbul edilib. Bu layihələr Çinin şərqindəki limanları Qafqazla, həmçinin Qazaxıstanın şimalını Pakistanın Kəraçi və Qvadar ticarət mərkəzləri ilə birləşdirən 6 iri dəhlizin inkişafına yönəldilib.Tədbir oktyabrın 31-dək davam edəcək.

"Buraya sərhəd və gömrük xidmətlərinin işinin gücləndirilməsi üzrə səylər əlavə ediləcək. Burada məqsəd insanların və malların ölkələr arasında asan yerdəyişməsidir. Bundan başqa, CAREC ölkələri enerji aktivlərinin yaradılması və təkmilləşdirilməsi üçün vəsaitlərin toplanmasına istiqamətləniblər", - məlumatda deyilir.

CAREC-in tərəfdaşları - Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı, habelə Fransa, Yaponiya, Böyük Britaniya və ABŞ-ın donor agentlikləri Uxan fəaliyyət planını dəstəklədiklərini bəyan ediblər.

Əfqanıstan, Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan da regionda 2014-cü ilədək CAREC institutu üçün baza yaradılması barədə razılığa gəliblər. Məqsəd analitik iş, biliklərin tədrisi və idarə edilməsi vasitəsilə strateji layihələri dəstəkləməkdir.

2001-ci ildən CAREC çərçivəsində 120-dən artıq layihəyə 19 milyard dollardan çox vəsait qoyulub, təqribən 4000 kilometr uzunluğunda yol, 3200 kilometr dəmiryol, 2300 kilometrdən çox elektrik ötürücüsü çəkilib.

Görüşdə Azərbaycan tərəfini İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev təmsil edir.

Növbəti görüş 2013-cü ilin sonunda Qazaxıstanda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti