Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir C.Nəsibova/
"American Express" Azərbaycanda yeni məhsullar və xidmətlər tətbiq etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı "American Express Global Network Servises"in Avropa, Yaxın Şərq və Afrikada biznesin inkişafı üzrə vitse-prezidenti Aleks Ferber Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə 6 illik yeni müqavilənin imzalanma mərasimində deyib.
"Biz müştərilər qismində karyeralarının başlanğıcında olan universitet tələbələrini, gənc mütəxəssisləri cəlb etməyi planlaşdırırıq. Belə ki, biz onlarla münasibət qurmaq niyyətindəyik, bunun sayəsində onlar həyatları boyunca xidmətlərimizdən istifadə edəcəklər", - Ferber qeyd edib.
Onun sözlərinə görə, statistikaya əsasən, "American Express" ödəniş kartlarının istifadəçiləri digər plastik kart istifadəçiləri ilə müqayisədə şirkəti daha az tərk edirlər.